Ölkəmizin Xarici İşlər Nazirliyinin mətbuat katibi Nasir Kənani Avropa ölkələrinin başçıları və “Yeddilik” ölkələrinin maliyyə nazirlərinin, bəzi Amerika və Avropa rəsmilərinin son bəyanatlarında İslam Respublikası və Qərbi Asiya regionunda baş verən son hadisələrlə bağlı səsləndirilən iddialara münasibət bildirərək, bu cür mövqe və iddiaların səsləndirilməsini bu dairələrin ikili və ziddiyyətli standartlara və davranışlara əsaslanan məlum yanaşmasına uyğun adlandırıb, onu rədd edib və pisləyib.
Kənani deyib: “Təəssüf ki, beynəlxalq hüquq və standartların iddiaçıları və carçıları bu yaxınlarda sionist rejimin İran İslam Respublikasının Dəməşqdəki diplomatik qərargahına hücumu, hansı ki, bu hücum BMT Nizamnaməsi və beynəlxalq konvensiyaların müddəalarının kobud şəkildə pozulması sayılır, işğalçı rejim üçün passiv və həvəsləndirici mövqe tutdular, daha sonra isə İran İslam Respublikasının silahlı təcavüz mənbəyinə qarşı qanuni addımını, mütənasib və çəkindirici cavabını pislədilər.
Diplomatik qurumun sözçüsü əlavə edib: “Əgər ABŞ, Avropa İttifaqı və Yeddilik qrupuna üzv olan ölkələr həqiqətən də Qərbi Asiyada və Qırmızı dənizdə davamlı sabitlik və sülh axtarırlarsa, başqalarını ittiham etməkdənsə, sionist rejimin təcavüzləri və itaətsizliyi qarşısında dayanmalıdırlar. Aydındır ki, nə qədər ki, İsrail rejiminin cinayətlərini və sionistlərin beynəlxalq qaydaları kobud şəkildə pozmasını dayandırmaq iradəsi yoxdur, regionda və dünyada davamlı sülh yolunda aydın perspektiv də olmayacaq və qeyri-sabitlik və münaqişələrin davam etməsinə görə sionist rejim və onun tərəfdarları və dəstəkçilərindən başqa heç kim məsuliyyət daşımır.”
Regionda və dünyada təhlükənin davam etməsinə görə sionist rejim və onun havadarları məsuliyyət daşıyır
18 aprel 2024 at 18:35
Xəbər kodu:
85449302
Tehran - İRNA - Xarici İşlər Nazirliyinin mətbuat katibi deyib: “Nə qədər ki, İsrail rejiminin cinayətlərini dayandırmaq iradəsi yoxdur, regionda və dünyada davamlı sülh yolunda heç bir aydın perspektiv yoxdur və münaqişələrin davam etməsinə görə sionist rejim və onun havadarlarından başqa heç kim məsuliyyət daşımır.”
Sizin rəyiniz